Modern.az

“Mülki geyimli şəxslər FHN-nin növbədən çıxan əməkdaşları olub” - FHN rəsmisi

“Mülki geyimli şəxslər FHN-nin növbədən çıxan əməkdaşları olub” - FHN rəsmisi

Aktual

26 Mart 2019, 20:01

“Bəzi KİV-lərdə və sosial şəbəkələrdə bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki "Diqlas" Ticarət Mərkəzində baş verən yanğının söndürülməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb”. Bu fikirləri Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib.

 

Y.Babanlının sözlərinə görə, həmin KİV-lərdə və sosial şəbəkələrdə FHN əməkdaşlarının yanğının söndürülməsi vaxtı mülki şəxslərin köməyindən istifadə ediblər:

 

"Qeyd edim ki, kadrlarda göstərilən mülki geyimli şəxslər FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin səhər növbədən çıxan əməkdaşlarıdır. Onlar yaxın ərazidə qalırlar və hadisədən xəbər tutub öz həmkarlarına köməyə gəliblər. Həmkarlarımızdan və sosial şəbəkə istifadəçilərin xahiş edirik belə həssas məsələlərdə diqqətli olsunlar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı