Xarici İşlər Naziri (XİN) Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuini qəbul edib.
Bu barədə Modern.az saytına XİN-nin mətbuat xidməti məlumat verib. Məlumatda bildirilir ki, etimadnaməsinin surətini təqdim edən Xun Tsyuin ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. O, ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusi ilə iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycan - Çin əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini vurğulayıb.
Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə Çinli diplomatı təbrik edib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər barədə fikir mübadiləsi aparılıb.
Modern.az