Modern.az

Litva 1991-ci il olaylarına görə Rusiyadan təzminat tələb edir

Litva 1991-ci il olaylarına görə Rusiyadan təzminat tələb edir

Təhsil

8 Yanvar 2010, 12:42

Litva 1991-ci il hadisələrinə görə Rusiyadan  təzminat ödənməsini tələb edir. Modern.az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata əsasən, Litvanın hakim Vətən Birlyi – Xristian Demokratlar Partiyası parlamentə Rusiyadan “1991-ci ilin yanvarında müstəqil Litva dövlətinin ərazisinə müdaxiləyə görə” təzminit tələb olunması haqda qətnamə layihəsi təqdim edib.

Qanun layihəsində Seymə 1991-ci ili  yanvarın 11-13-də SSRİ qoşunlarının  müstəqil Litva dövlətinə və xalqına qarşı  aqressiya aktı həyata keçirməsi və bunun nəticəsində günahsız dinc insaların həlak olması  və yaralanması aktının tanınması  təklif olunur. Litvalı deputatlar hökumətə Moskvadan 1991-ci il Vilnüs hadislələrinin qurbanları və zərərçəkimişlərə təzmint ödənməsinin tələb olunmasını təklif edirlər.

Moskvada isə hesab edirlər ki, artıq neçə vaxtdır ki, Baltikyanı ölkələrdə sovet işğalına qarşı təzminat ödənməsi dalğası yayılmaqdadır, lakin bu, bir nəticə verməyib.  Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Leonid Slutskinin sözlərinə görə,  bu cür  siyasi spekulyasiyalar Rusiya - Litva münasibətlərinə toxunmamalıdır.

Xaıtirladaq ki, 1991-ci il yanvarın 13-də Sovet qoşunu Vilnüsə daxil olub,  qoşunlar Vilnüs teleqüllsini, radio-televiziya komitsinin binasını ələ keçirib. Teleqülləyə hücum nəticəsində 14 nəfər həlak olub, 700 nəfər yaralanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü