Modern.az

Artur Rasizadəni yenidən sədr seçdilər

Artur Rasizadəni yenidən sədr seçdilər

7 İyun 2012, 18:33

Dövlət Neft Fondunun Müşahidə Şurası Artur Rasizadəni yenidən Fondun sədri seçdi. Modern.az xəbər verir ki, bu gün  Dövlət Neft Fondunun (DNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Baş Nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin rəhbərliyilə keçirilən iclasda Fondun 2011-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, DNF-nun 2011-ci il büdcəsinin icrası, Fondun 2012-ci il büdcəsində əlavə və dəyişikliklərin edilməsi məsələlərinə baxılıb.

Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2011-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2011-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Ernst ənd Yanq” şirkətinin) hesabatına baxaraq onları məqbul hesab edən və  Fondun 2011-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul edib.

Müşahidə Şurası Fondun 2012-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasını qərara alıb.

Baş Nazir A.Rasizadə 2012-ci il üzrə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü