Modern.az

Almaniyanın fəxri konsulu Elmar Qasımovun işinə qiymət verib

Almaniyanın fəxri konsulu Elmar Qasımovun işinə qiymət verib

Aktual

3 Oktyabr 2012, 11:30

Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser Bakı Ali NeftMəktəbində olub. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauserin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Ali təhsil ocağından Modern.az-a verilən məlumata görə, qonaqlara Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışan E. Qasımov Şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. O, Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsədlərdən birinin ARDNŞ-nin layihələrində fəaliyyət göstərəcək yüksək səviyyəli mütəxəssislərin hazırlanması olduğunu qeyd edib.

Ali təhsil ocağı haqda qonaqlara məlumat verən E. Qasımov bildirib ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulacağı ali məktəb ilə Böyük Britaniyanın Heriot Uatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub.  Bunun nəticəsi olaraq BANM məzunlarına ikili diplomun verilməsi nəzərdə tutulub. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləyib.

Uzun illərdən bəri Azərbaycanla bağlı layihələrin həyata keçirilməsi ilə məşğul olduğunu söyləyən Otto Hauser iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Almaniyanın iqtisadi inkişafının həm peşə, həm də akademik təhsillə bağlı olduğunu deyən O. Hauser Azərbaycanda da Dövlət Neft Şirkətinin bu sahəyə göstərdiyi diqqəti təqdirəlayiq hesab edib. O, Almaniyanın Ştutqart universiteti ilə əməkdaşlıq etdiyini söyləyərək, Bakı Ali Neft Məktəbi ilə Ştutqart universiteti arasında mühəndislik, mexanika və digər sahələrdə əlaqələrin qurulmasının mümkünlüyü barədə danışıb.

Verilən təklifləri yüksək qiymətləndirən E. Qasımov yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə praktiki əlaqələrin qurulacağına ümidvar olduğunu bildirib.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı