Modern.az

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum oldu

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum oldu

Aktual

9 Oktyabr 2012, 13:18

Milli Məclisin növbəti iclasının tarixi məlum olub. Milli Məclisdən Modern.az saytına verilən məlumata görə, parlamentin növbəti iclası oktyabrın 16-da keçiriləcək. 

Milli Məclisin ayın 16-da keçiriləcək iclasının gündəliyinə 16 məsələ  daxil edilib.  Modern.az xəbər verir ki, parlamentin sessiyasında  “Auditorun təyin olunması haqqında”, “Konstitusiya məhkəməsinin hakiminin təyin olunması haqqında”, “Bir sıra məcəllələrə dəyişiklik edilməsi haqqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişilik, “Dövlət qulluqçuları haqqında” qanuna əlavə və dəyişiklik, “Silahlı qüvvələrin 95 illiyilə bağlı yubiley medalı  təsis edilməsi haqqqında” qanun və “İnzibatı xətalar məcəlləsinə dəyişiklik” haqqında qanun layisəini müzakirəyə çıxarılacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı