Modern.az

İsrail hökumətində 7 axmaq

İsrail hökumətində 7 axmaq

Təhsil

1 İyun 2010, 20:12

İsrail “spesnaz”ının Qəzzaya humanitar yük daşıyan gəmiyə hücum edərək 9 insanın ölümünə bais olması ilə nəticəlnmiş “əməliyyatı” İsrailin özündə də ciddi  tənqid olunur.

 

İsraildə nəşr olunan “Haarets” qəzeti İsrail hökumətini  və ordusunu qanlı hücuma görə top atəşinə tutub.  Qəzetin baş məqaləsi  “sülh karvanı”ndakı qanlı əməliyyata həsr olunub.  Məqalədə baş nazir Benyamin Netanyahu hökumətinin bu imtahandan keçə bilmədiyi qeyd olunur. “Yaxşı  təlim keçmiş nizamlı bir ordunun qida və dərman yüklənmiş dinc gəmilərdən ibarət barış donanmasına hücum etməsinin sonucları əvvəlcədən bəlli idi”,- deyə qəzet yazır.

 

“Haarets” baş vermiş qanlı olayın  Netanyahu hökuməti üçün iflas olduğunu bildirir.  Qəzet qeyd edir ki, baş verənləri dərindən araşdırmadan İsrail xalqı və İsrailin dostu olan ölkələri inandırmaq mümkün olmayacaq.

 

Qəzetin yazarlarından Cossi Sarid isə “Nazirlər Kabinetində 7 axmaq” başlıqlı məqaləsində qeyd edir ki, baş vermiş faciəyə səbəb “İsrail hökumətindəki burunlarının ücundan uzağı görə bilməyən 7 axmaq nazirdir”.  “Ordunu idarə edən onlardır. Axmaqlığın sərhədi yoxdur. Anlaşılan budur ki,  bu, nazirlərimizin  özəl imtiyazıdır. Təbii ki, axmaqlığın sərhədi olmadığı kimi, görülməsi vacib olan işləri anlaya bilmək də imkansızdır” deyə Sarid bildirib. Onun sözlərinə görə, baş vermiş hadisənin araşdırılmasına ehtiycac var, lakin görünən odur ki,   bunun da heç bir əhəmiyyəti qalmayıb.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü