Modern.az

Müdafiə və təhlükəsizlik sektorunda şikayətlər, məhkəmə işləri...

Müdafiə və təhlükəsizlik sektorunda şikayətlər, məhkəmə işləri...

Qarabağ

2 İyun 2010, 18:43

İyunun 2-də “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi (EİZİB) tərəfindən Böyük Britaniya Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin maliyə yardımı ılə həyata keçirilən “Müdafiə və təhlükəsizlik sektorunda insan haqları müdafiəsinə praktiki hüquqi yardım” adlı layihənin 1-ci mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının ofisində keçirilən tədbirdə bildirilib ki, bu layihə EİZİB tərəfindən 23 noyabr 2009-cu il tarixdən etibarən Böyük Britaniya Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə yardımı ilə gerşəkləşdirilir. 

EİZİB sədri Yaşar Cəfərli bildirdi ki, layihənin əsas məqsədi müdafiə və təhlükəsizlik sektorunda insan hüquqlarının müdafiəsinə ictimai dəstək verməkdən ibarətdir. Onun sözlərinə görə, layihənin əsas vəzifəsi müdafiə və təhlükəsizlik sektorunda çalşan vətəndaşların hüquqi maariflənməsinə kömək etmək, hüquqları pozulmuş maddi imkanları məhdud olan vətəndaşlara güzəştli (pulsuz) praktiki hüquqi müdafiə xidmətləri göstərməkdir.

 

Y.Cəfərli bildirib ki, ötən müddət ərzəndə layihə çərçivəsində müraciət edənlərin sayı – 400-dən çox, o cümlədən 2010-cu il ərzində 138 nəfər, məhkəməyə verilən işlərin sayı – 56 olub. Bu dövrdə yekunlaşmış məhkəmə işlərinin sayı – 20, göndərilmış sorğuların sayı isə 81 olub.

 

Qeyd edək ki, layihənin müəllifi və rəhbəri Yaşar Cəfərli, aparıcı hüquqşünas Telman Əbilov, assistent Tərlan Eyvazov, mətbuatla iş üzrə mütəxəssis isə Üzeyir Cəfərovdur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı