Bunu 243 saylı avtobusda yanımda əyləşən hövsanlı Cabbar dayı dedi. Hövsana gedərkən ilk həmsöhbətim bu ağsaqqal oldu. Cabbar dayının sözlərindən sonra bildim ki, digər Bakı kəndləri kimi hövsanlılar da su qıtlığından əziyyət çəkirlər. O, jurnalist olduğumu biləndə o biri şikayətlərini də dilə gətirdi.
Hövsanın tarixindən danışan kənd sakini, araşdırmaçı Baba Allahnəzərov deyir ki, Hövsan da Bakının köhnə kəndlərindən sayılır, 1793-cü ildə salınıb. 1966-cı ildə Hövsana qəsəbə statusu verilib. Abşeron yarımadasının cənubunda yerləşən Hövsanda 50 min nəfərədək əhali yaşayır.
Hövsanın yerli əhalisi əsasən tatlar, muğanlılar və dağlılardır. Qədim kənd 5 hissəyə bölünüb. Həmin ərazilər Təməniş, Fəraqət, Qala bazisi, Səngər, Əlcəyi adlanır.
Hövsanla bağlı maraqlı məlumatlar az deyil. Məsələn, qiblə göstəricisi - mehrab hövsanlı Axund Əhədin evində olub və indi məsciddə saxlanılır. Mehrab 1890-cı ildə tikilib.
Hövsanda çoxlu sərdabələr, sandıq qəbirləri və hələ də yazısı oxunmamış daş kitabələr var. Hövsanın beş qəbirstanlığının hər birinin 150 ildən çox yaşı var. Qəsəbənin müxtəlif ərazilərində 20-dən çox bulaq, 6 ovdan olub.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunan qədim hamam hazırda fəaliyyət göstərməsə də, onun yaşının 300-350 il olduğu deyilir.
Yaşlı sakinlər deyirlər ki, Sovet dövründə digər Bakı kəndləri kimi Hövsanda da dini mərasim və ayinlərin icrası gizli şəkildə həyata keçirilib.
Hövsan çoxlu sayda məşhur insanlar yetişdirib: general-mayor Soltan Qılmanov (ilk milis məktəbinin rəisi olub), general Mirzə Almasov (Cəmşid Naxçıvanski adına liseyin rəisi olub, SSRİ xalq artisti, aktyor Mirzağa Əliyev, Azərbaycan Respublikasının xalq artisti, aktrisa Bəsti Cəfərova, xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilov və s.
Qarabağ müharibəsində hövsanlılar da çoxlu şəhid veriblər: Etibar Cəfərov, Tərlan Şükürov və başqaları kimi...
Hövsan toyları Bakı toy adətlərini bugünümüzə qədər olduğu kimi saxlayan yeganə kənddir: bəy xınası, bəy taxtının qurulması... Cütlüklər toy öncəsi pirə gedib, dua etdikdən sonra evlənirlər.
Vaxtilə hövsanlıların əsas məşğuliyyət növü ovçuluq olub. Bundan başqa hövsanlılar heyvandarlıq, quşçuluq və əkinçiliklə də məşğul olublar. Bu gün həmin məşğuliyyətlər tədricən aradan çıxır...
Hövsan bir çox məhsullarıyla məşhurdur. Bunlardan ən məşhuru Hövsan soğanıdır. XIX əsrin sonlarında S.Zelenski adlı bir rus müəllifi 1897-ci ildə “Qafqazsakaya selskaya xozaystva” qəzetində bu soğanı əvəzsiz adlandıraraq, İngiltərə muzeyində saxlanıldığını yazmışdı.
Deyirlər ki, hövsanlı hacı Kənan Ərəbistanda olanda bu soğan növündən xoşu gəlir. Ev sahibi olan ərəb şeyxi bu məhsulun toxumundan ona da verir. Hacı Kənan toxumları gətirib Hövsanda əkir və soruşana da deyir ki, “Şıxverdi” soğanıdır. Kənd sakinləri deyir ki, bu soğan növündən ancaq Hövsanda bitir. “Şıxverdi” soğanı başqa yerdə bitsə də, başqa dadı-tamı olur. “Bu soğana bıçaq dəysə dadı dəyişəcək. Bu soğanı əlin içində əzib, sındıraraq yeyirlər”-deyə hövsanlılar bildirirlər.
Hövsan soğanın mövsümü payızdır. Yalan-gerçək dedilər ki, guya, yayda onun 1 kiloqramı 8-10 manata satılır...
Bügünkü Hövsan qəsəbəsində 6 ümumtəhsil məktəbi (76, 118, 196, 270, 280 və 281 nömrəli), 7 uşaq bağçası, Mirzağa Əliyev adına Mədəniyyət Evi, Mədəniyyət sarayı, 23 saylı poliklinika, 16 saylı uşaq poliklinikası, 37 saylı musiqi məktəbi, 89 saylı poçt məntəqəsi və onun filialı fəaliyyət göstərir.
Hövsanın da promlemləri var. Həm də çoxlu...
Sakinlər qəsəbəyə yalnız bir avtobusun işləməsindən gileylənirdilər. Onlar nəqliyyatın pis işləməsi ucbatından hər gün şəhərə işə gecikdiklərini deyirlər. Sakinlərin əsas problemi sudur: “Yayda biz su üzünə həsrət qalırıq. Məcbur olub suyu maşınlardan alırıq. O, da çox baha”. Sakinlərin sözlərinə görə, yay gələndə qəsəbədə susatan maşınların qarşısında növbələr yaranır. Bir maşın su 40-50-60 manata satılır.
Hövsanın yolları da bərbad vəziyyətdədir. Sakinlər dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, bir nəticəsi olmayıb.
|
Hövsanda... |
|
Araşdırmaçı Baba Allahnəzərov bizə Hövsanın tarixindən danışır. |
|
Sakin: "Hövsanın problemi çoxdur, lap çox...". |
|
Qapısı bağlı bələdiyyədən sakinlər də narazıdırlar. |
|
Təmirə ehtiyacı olan poliklinika. |
|
Ticarət mərkəzi tikilir. Görəsən hansı işsizlərə iş veriləcək? |
|
Hövsanda belə su maşınlarına hər tinbaşı rast gəlmək olar. |
|
Əzəmətli olimpiya kompleksi... |
|
Qəsəbədəki məşhur məscidlərdən biri. |
|
Çox adamın inanc yeri olan pir... |
|
Məşhur aktyor Mirzağa Əliyevin büstü. |
|
Qədimi hamam. |
|
Daş kitabə... |
|
Bu maral heykəlini Suraxanı rayonunun keçmiş icra başçısı, paytaxtın indiki meri Hacıbala Abutalıbov qoydurub. |
Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı
Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi
Masallıda zəlzələ oldu
Sirkə turşusu içərək özünə qəsd etdi
Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü
Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO
Azərbaycan nefti bahalaşdı
Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO
Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb
Güclü külək Şamaxıya da ziyan vurdu
Bakıda 26 yaşlı oğlan itkin düşüb
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur
Güclü külək Mingəçevirdə fəsadlar törətdi
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev
Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat
Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
Dəmir yolu ilə yük daşımaları artıb
“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç
Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı
Suriyada partlayış: 9 ölü
Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi
Bakıda işə gedən kişi itkin düşdü
Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı
"Buta Airways"ın təyyarəsində nasazlıq yarandı
Əhalinin gəlirləri 6%-dən çox artıb
99 dövlət əmlakı özəlləşmədə - VAXT
Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video
Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR
Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI
Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı
“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım
Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO
İlk verilişin ilk təəssüratı
Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir
Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər
Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO
Şəmkirdə qızına təcavüz edən ata həbs olundu
İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
Tələbələr 9 quruma təcrübəyə göndərildilər
Koçaryanın oğluna qarşı da cinayət işi açıldı
Manatın sabaha olan məzənnəsi
Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?
Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU
“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı
Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi
Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
shekiller maraqli alinib
hovsanda su tapilmir
GUNAY SƏNİN REPORTAJLARIN ƏLA ALINIR
son vaxtlar senin yaziların azalıb saytda ancaq maraqlı yazilar hazırlayırsan ugurlar sənə
Yazi insfən maraqlı alınıb. Jurnalist araşdırması, yanaşma tərzi və yazının şirin üslubda oxucuya çatdırılması... Mən bu yazı ilə Hovsanla yaxından tanış oldum. Müəllifi uğuru münasibəti ilə təbrk edirəm. Elə düşünürəm ki, bu yazıdan çoxları nə isə öyrənə bilər.
BABA MÜƏLLİM SİZİ TƏHQİRƏ GÖRƏ MƏHKƏMƏYƏ VERƏCƏK!!!
Yazi başdan ayağa təhqirdi belə olmaz
Maraqli yazidir mənim şəkillər daha çox xoşuma gəldi
Hövsandan repartaj hazırlamısan, həm də yay fəslində, çox gözəl. Hövsan çimərliyindən bir-iki kadr olsaydı pis olmazdı. Belə fəsildə dəniz sahilində yerləşən diyarı çəkirsənsə, onun sahilində yerləşdiyi dənizə də toxunmaq lazım idi. Ümumilikdə yaxşıdı.
Yazımı üzündən köçürə bilməyən ,yalançı,özündən hövsanın tarixini yazan "bu yazardan" heç vaxt heç nə çıxmayacaq.Mən öz yerimə və onun yerinə çox utandım.Bu qızın səhv yazısına görə məni tanıyanlardan üzr istəyirəm.Hövsanın ən yeni tarixi 750 il ,ən qədim tarixi isə oğuz türklərinin tarixi qədərdir.
cox qisa yazilib
Siz niyə kandokturluguvuzu etmirsiz ki?! hacandan tarixci olubsuz ... biri
birinə cavab: düzgün yazmağı heç olmasa öyrənin,siz küçədə dayanıb başqa "işlə" məşğul olsanız bəlkə də daha çox xeyir vermiş olardınız.
Birinə cavab:əgər mən tarixçi olmasaydım,yanıma bu saytdan və başqa saytlardan Hövsan haqqında məlumat toplamaq üçün gəlməzdilər.Sən "biri deyilsən","birəsən".Birənin və bitin isə doğurdan da adı olmur.Sənin adına qoydum.
reportaji ele men de oxuyanda fikirlewdim ki niye bu kendin yawi bele azdi, texmin etdim ki sehv yazilib... cunki butun baki kendlerinin tarixi cox qedimlere gedib cixir. bu defe ki reportaj xowuma gelmedi... P.S. bu yaxinda menim de reportajlar siramda hovsan var :) gozleyin gelecem :)
artiq Hövsan yox Hövsanqrad deye adlanır menim qesebem
Şərh yaz