Modern.az

Məcburi köçkün məktəblilərin asudə vaxt problemi

Məcburi köçkün məktəblilərin asudə vaxt problemi

Qarabağ

29 İyul 2010, 16:39

Asudə vaxtın səmərəli təşkili uşaq və gənclərin gündəlik həyatlarında qarşılaşdıqları  əhəmiyyətli məsələlərdəndir. İri şəhərlərdə müxtəlif ictimai iaşə, əyləncə və mədəniyyət ocaqlarının fəaliyyət göstərməsinə baxmayaraq, orada asudə vaxtlarını keçirənlərin sayı  həddindən artıq azdır. Çünki onların əksəriyyəti pullu xidmət göstərir və gənclər üçün əlverişsiz məkanda yerləşirlər.

“Asudə vaxtın səmərəli təşkili problemi regionlarımızda xüsusilə nəzərə çarpır. Region gənclərinin və uşaqlarının gündəlik həyatını müşahidə etsək görərik ki, onlar asudə vaxtlarını ya evdə, ya bağ işlərində çalışmaqla, ya da çayxanalarda keçirirlər”-deyə Gənclər üçün Təhsil Mərkəzindən bildirlib.

Bu problemləri müşahidə edərək Gənclər üçün Təhsil Mərkəzi 2 ilə yaxındır ki, Füzuli rayonu Qayıdış qəsəbəsində icra etdiyi layihə çərçivəsində həmin ərazidə yaşayan məktəblilərin asudə vaxtlarının səmərəli təşkilinə  xüsusi yer ayırıb.

Belə ki, Mərkəz Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə Qayıdış qəsəbəsində Şagird İnkişaf Komitəsi yaratmış və onun vasitəsilə müxtəlif xidmətlər göstərməyə başlamışdır.

Yay tətili başlayandan bu günə qədər Komitədə məcburi köçkün uşaqların intellektual səviyyəsinin artırılması, sağlam həyat tərzinin təbliğ olunması, yeni istedadların üzə çıxarılması və s. istiqamətlərdə dərnək və klublar yaradılıb.

Artıq yay tətili müddətində məktəblilərin iştirakı ilə 2 ekskursiya, 1 musiqi festivalı, 3 idman yarışı, 2 intellektual müsabiqə, 1 yay düşərgəsi və 3 görüş keçirilib.

Bununla yanaşı Komitənin ofisində quraşdırılmış kompyuter avadanlıqları və kitabxana da məktəblilərin ixtiyarına verilib. Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı