Modern.az

Ərdoğan: “40 il əvvəl kürdlərə qarşı necə idiksə, indi də eləyik”

Ərdoğan: “40 il əvvəl kürdlərə qarşı necə idiksə, indi də eləyik”

Dünya

23 Mart 2015, 18:37



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürdlərə müraciətlə “bu ölkədə siyasət yürütmək istəyirlərsə, əvvəl silahların kölgəsindən xilas olacaqlar. Silahların kölgəsində sülh olmaz” deyib. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ərdoğan Prezident Sarayındakı çıxışında həmçinin Türkiyədə kürd problemi anlayışının etibarlılığını itirdiyini də dilə gətirib.

“Kürd problemi anlayışı artıq qüvvəsini itirib. Mən “kürd problemi yoxdur” dediyimdə, bunu başqa yerlərə çəkməyə çalışırlar. Halbuki, mənim söylədiyim son dərəcə açıqdır. Türkiyədə artıq kürd problemi yoxdur, kürd qardaşlarımın problemləri vardır. Sanki bu ölkədə kürd problemindən başqa bir məsələ yoxdur. Bu, bir ölkəni bölməyə cəhd etməkdir, ayrı-seçkilikdir. Kürd qardaşlarımıza, onların problemlərinə baxışımızda inanın 40 il əvvəl necə idiksə, bu gün də eləyik. Bizdə heç bir inciklik, istiqamətimizin sarsıldığını görə bilməzsiniz. 40 il, 30 il, 13 il əvvəl nə dediksə, bu gün də eynisini söyləyirik”.

Ərdoğan hər nə bahasına olursa olsun Türkiyədə xalqlar arasında qardaşlığı təsis etmənin mübarizəsini davam etdirəcəyini vurğulayıb:
”Heç kimin mənim kürd qardaşlarımı zəhərləməsinə icazə verə bilmərik. Silahların kölgəsində sülh olmaz. Hələ verilən sözlərin dəfələrlə tapdalandığı, vədlərin dəfələrlə pozulduğu, etimadın məhv olduğu bir mühitdə konkret addımları görmədən daha irəliyə gedə bilmərik”.

Ərdoğan daha belə deyib: “Biz millətimizə güvənərək yola çıxdıq, millətimizlə birlikdə yolumuza davam edəcək, silahlara baxmayaraq bu məsələni həllinə çalışacağıq. “Həll prosesi” əgər bu günlərə qədər gəldisə, açıq deyirəm, separatçı terror təşkilatına, onların nümayəndələrinə baxmayaraq buraya qədər gəldi. Əgər onların bu səmimiyyətsizlikləri, bu ikiüzlülükləri qarşısında fərqli reaksiyalar ortaya qoysaydıq, Türkiyə “Həll prosesi” deyə bir ümidi heç bir zaman yaşamayacaqdı. Əgər tənqid edirəmsə bunu ölkəm, millətim, həll, qardaşlıq, sülh adına edirəm”.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı