Şırnakda PKK terror təşkilatı yaraqlıları tərəfindən iki polisin şəhid edildiyi, 5 polisin yaralandığı hücum sonrasında başladılan əməliyyatda 5 terrorçu silahları ilə birlikdə ölü ələ keçirilib. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, sentyabrın 13-də saat 05:45 radələrində Şırnakın mərkəzində terror təşkilatı mənsubların tərəfindən reallaşdırılan hücum nəticəsində iki polis məmuru şəhid olub, beş polis məmuru yaralanıb.