Modern.az

Ağcabədi və Tərtərdə hərbi sursat aşkarlandı

Ağcabədi və Tərtərdə hərbi sursat aşkarlandı

Aktual

18 Avqust 2016, 18:07

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən bu gün Ağcabədi və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

 

Agentlikdən verilən məlumata görə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi – 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamış 9M22U - Qrad raketi və top mərmisinin qalıqları aşkar edilərək götürülmüş, nəticə etibarilə 6 000 kv.m ərazi yoxlanılıb.

 

Ümumilikdə  2 əkin sahəsi, 2 partlayış yeri, partlamış 9M22U - Qrad raketi və top mərmisinin qalıqları aşkar edilərək götürülmüş, nəticə etibarilə 6 000 kv.m ərazi yoxlanılıb.

 

Tərtər rayonunun Həsənqaya kəndi – 1 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, partlamış  hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 7 000 kv.m ərazi yoxlanılıb.

 

Ümumilikdə 1 otlaq sahəsi, 3 partlayış yeri, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülmüş, nəticə etibarilə 7 000 kv.m ərazi yoxlanılıb.

 

18 avqust tarixində  2 əkin sahəsi və 1 otlaq sahəsində 5 partlayış yerinə baxış keçirilmiş, partlamış 9M22U - Qrad raketi və top mərmisinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 13 000 kv.m ərazi yoxlanılıb.

 

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 18 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində  642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 472 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü