Modern.az

Yol qəzasına düşən şəxs xəstəxanada ölüb

Yol qəzasına düşən şəxs xəstəxanada ölüb

Aktual

26 Sentyabr 2016, 23:51

Gəncədə yol nəqliyyat qəzasında ağır bədən xəsarətləri alana piyada ölüb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə sentyabrın 26-da, axşam saatlarında şəhərin “Poçt”qəsəbəsinə gedən yolda “VAZ2107” markalı avtomobil yolu keçmək istəyən piyada, 1958-ci il təvəllüdlü Vaqif Sadıqovu vurub.

 

Ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılan yaralıya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!