Modern.az

Zəbt edilən səki bərpa edildi - FOTO

Zəbt edilən səki bərpa edildi - FOTO

Aktual

29 Aprel 2024, 19:10

Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov feysbukda paylaşım edib.

 

“Bazar günü, aprelin 28-də səhər saatlarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinqlər nəticəsində paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 255 ünvanında ictimai yerin (səkinin) zəbt edilməsi faktı aşkarlanıb.

 

Piyada səkisinin parklama yerinə çevrilməsi və bu ərazidə mövcud ağaclara zərər verilməsi cəhdinin qarşısı Baş İdarə tərəfindən alınıb. Belə ki, Baş İdarə müvafiq strukturları məlumatlandırmaqla, piyada səkisinin əvvəlki vəziyyətə qaytarılmasını təmin edib.

 

İctimai yerlərdən qanunsuz istifadə və zəbt halları, o cümlədən şəhər ərazisində qanunsuz tikinti faktlarına qarşı Baş İdarə tərəfindən aparılan barışmaz mübarizə bundan sonra da davam etdiriləcək”, – Riyad Qasımov yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna dağıdıcı raketlərini işə saldı-Rusiya silkələnir