Modern.az

Futbolçularımız İngiltərə millisinə məğlub olub

Futbolçularımız İngiltərə millisinə məğlub olub

Aktual

25 Oktyabr 2016, 21:58

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası 2017-ci ildə Xorvatiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib. Modern.az saytı xəbər verir ki, "Report”un məlumatına görə, rəqib İngiltərə millisi olub.

Görüş güclü rəqibin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Qolların hər ikisi birinci hissədə vurulub: A.Gomes və J. Sancho fərqləniblər.

Günün digər qarşılaşmasında isə ev sahibi Rumıniya Avstriya millisini sınağa çəkib. Matç 1-2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Seçmə mərhələ çərçivəsində növbəti oyunlar oktyabrınn 27-də keçiriləcək. Azərbaycan millisi Avstriya, Rumıniya millisi isə İngiltərə ilə qarşılaşacaq.

Qeyd edək ki, oyunlar "Buftea” futbol mərkəzinin stadionunda keçirilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov