Belarus prezidenti Aleksandr Lukaşenko 28-29 noyabr tarixlərində Azərbaycan prezidenti İlham Əliyev ilə görüşməyi planlaşdırır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətindən bildirilib.
Aleksandr Lukaşenko Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov ilə görüşü zamanı İlham Əliyevlə 28-29 noyabr tarixlərində görüşmək barədə razılığa gəldiyini deyib.
“Bu görüş xatirinə görə də heç nəyi dəyişmirik, heç nəyi təxirə salmırıq”.
Mirmahmud KAZIMOĞLU