Çin Xalq Respublikasının sədri Si Tzinpin Donald Trampın dəvəti ilə ABŞ-a səfər edəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Lu Kan məlumat verib.
Onun sözlərinə görə, Si Tzinpin aprelin 6-7-si tarixlərində Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahına gedəcək.
Vüqar İSMAYILOV