Modern.az

Gədəbəydə tövlə yandı, ev quşları boğularaq tələf oldu

Gədəbəydə tövlə yandı, ev quşları boğularaq tələf oldu

1 Aprel 2017, 09:25

Gədəbəydə yanğın qeydə alınıb.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Gədəbəy rayonu, Qozqaralı kəndində vətəndaşa məxsus ümumi sahəsi 78 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 1,5 ton ot bağlaması yanıb.

Yanğın zamanı tövlədə olan ev quşları tüstüdən boğularaq tələf olub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi