Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 25-də saat 05 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Şirvan şəhər sakini Rövşən Yəhyayev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən Qubadlı rayon sakini Abdulla İsmayılovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.