Modern.az

Polis “Qarabağ”–“Roma” matçının tamaşaçılarına müraciət etdi

Polis “Qarabağ”–“Roma” matçının tamaşaçılarına müraciət etdi

25 Sentyabr 2017, 17:38

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərin və nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, sentyabrın 27-də keçiriləcək “Qarabağ” – “Roma” oyunu ilə əlaqədar Bakı Olimpiya Stadionunun ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

 

İdarədən Modern.az-a bildiriblər ki, həmin gün futbol matçını izləmək üçün xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, şəxsi avtomobillər stadionun ərazisinə buraxılmayacaq. Azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat çatmaları üçün alternativ olaraq metronun “Gənclik” və “Qara Qarayev” stansiyalarının yaxınlığından həmin arena istiqamətində xüsusi avtobuslar pulsuz xidmət göstərəcəklər.

 

Buna görə də stadionun ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün azarkeşlərdən Bakı Olimpiya Stadionuna ictimai nəqliyyatdan istifadə edərək gəlmələri xahiş olunur. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov