Modern.az

DİN ağır yol qəzası ilə bağlı məlumat yaydı

DİN ağır yol qəzası ilə bağlı məlumat yaydı

21 Noyabr 2017, 12:26

Daxili İşlər Nazirliyi (DİN) Sabirabaddakı yol qəzası barədə məlumat yayıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, noyabrın 20-də saat 8.00 radələrində Sabirabad rayonunun Bulaqlı kəndində Beyləqan rayon sakini Şamil Əsədovun idarə etdiyi “Mercedes” və Ağcabədi rayon sakini Asim Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

 

Nəticədə Ş.Əsədovun sərnişinlərindən qızı Fidan xəstəxanaya aparılarkən yolda ölüb, digər qızı, habelə A.Həsənov xəstəxanaya yerləşdiriliblər.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları