Türkiyənin Qarş şəhərində dərəyə yuvarlanan avtomobildən çıxan mühəndis mənfi 15 dərəcə soyuqda donaraq, həyatını itirib.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Qarsın Diqor Hanlar bölgəsində yolun buzlanması səbəbilə qəza keçirən avtomobil yuvarlanaraq, dərəyə aşıb. Dəhşətli qəzada mühəndis Səlcuk Vural avtomobildən çıxa bilsə də, soyuqdan donaraq ölüb.