“Dini Qurumlar üzrə Dövlət Komitəsi İraqda olan azərbaycanlı uşaqların geri qaytarılması məsələsini diqqətdə saxlayır”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, İraqda olan Azərbaycan vətəndaşların taleyi müvafiq qurumların diqqətindədir:
“Azərbaycanın müvafiq qurumları uşaqların ölkəmizə gətirilməsi ilə bağlı tədbirlər görür. Artıq uşaqların bəziləri ölkəmizə gətirilib. Bu proses davam edir”.