Bu gün Topaz Premyer Liqada 17-ci tura yekun vurulacaq. Modern.az xəbər verir ki, günün ilk oyununda "Səbail" "Sabah"ı qəbul edəcək.
Tura mərkəzi oyununda "Qarabağ" "Tofiq Bəhramov"da "Qəbələ"ni qəbul edəcək.
“Səbail" - "Sabah" və "Qarabağ" - "Qəbələ"oyunları canlı yayımlanacaq.
Hər iki qarşılaşma "CBC Sport" telekanalının canlı efirində olacaq.
Qeyd edək ki, "Səbail" - "Sabah" oyunu saat 15:00-da, "Qarabağ" - "Qəbələ" matçı isə 16:30-da start götürəcək.