Modern.az

“Bahar Qələbəsi – Aprel Döyüşləri” layihəsi baş tutdu

“Bahar Qələbəsi – Aprel Döyüşləri” layihəsi baş tutdu

Aktual

24 Fevral 2019, 16:52

Azərbaycan Gənclər Fondunun XI qrant müsabəqəsi qalibi Günəş Şirvanzadənin “Bahar Qələbəsi – Aprel Döyüşləri” layihəsi baş tutub.

Modern.az-ın məlumatına görə, layihə ilə bağlı yekun tədbir 15-16 fevral 2019-cu ildə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Suraxanı Gənclər evinin təşkilati dəstəyi ilə keçirilib.

Aprel döyüşlərinin tarixi əhəmiyyətini gənclər arasında təbliğ etmək məqsədi daşıyan layihə çərçivəsində iştirakçıların Aprel qaziləri, tarixçi və hərbçilərlə görüşü təşkil edilmiş və qısa videoçarx nümayiş etdirilib. Qonaqlar həmçinin çıxışlarının sonunda gənclərin suallarını cavablandırıblar. İki gün davam edən layihənin yekununda iştirakçılar sertifikatla təmin edilib, sonda xatirə şəkilləri çəkilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var