Modern.az

Deputat Elçin Quliyev: “...qorxmaq lazım deyil”

Deputat Elçin Quliyev: “...qorxmaq lazım deyil”

Aktual

12 Sentyabr 2019, 13:41

Bu gün Milli Məclisin deputatı Elçin Quliyevin doğum günüdür.

Modern.az xəbər verir ki, deputatın 59 yaşı tamam olur.

Modern.az-a danışan parlamentari bildirib ki, heç zaman təmtəraqlı doğum günləri keçirtməyib:

“Həmişə doğum günlərimi sakit keçirtmişəm. Dəbdəbəli ad günləri keçirtməyi sevmirəm. Bu gün də həmişə olduğu kimi, ailəmlə birgə növbəti yaşımı qarşılayacam”.

Elçin Quliyev deyib ki, yaşın artmasından qorxmaq lazım deyil:

“Hər yaşın insana bəxş etdiyi öz gözəllikləri var. Hesab edirəm ki, hər insan bu gözəlliyə şükür etməlidir. Yaşın artmasından qorxmaq lazım deyil”.


Qeyd edək ki, deputat Elçin Quliyev 1960-cı ilin bu günü Sabirabadda anadan olub. 2015-ci ildə Milli Məclisin V çağırış deputatı seçilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!