Modern.az

Siyavuş Novruzov: “Prezidentin Qarabağla bağlı son bəyanatı bütün Ermənistanı silkələdi”

Siyavuş Novruzov: “Prezidentin Qarabağla bağlı son bəyanatı bütün Ermənistanı silkələdi”

Aktual

10 Oktyabr 2019, 13:55

"AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli Azərbaycanda Nikol Paşinyanın əmrlərini yetirirlər". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov YAP Nəsimi rayon təşkilatının gənclərlə görüşündə söyləyib. O qeyd edib ki, həmin şəxslərin məqsədi qarşıdurma yaratmaqdır. Onlar piketdə Qarabağla bağlı bir cümlə də danışmadılar:

 

"Azərbaycan gəncləri isə prezident İlham Əliyevin ətrafında sıx birləşib. Cənab prezidentin Qarabağla bağlı "Valday"dakı son bəyanatı bütün Ermənistanı silkələdi. Cənab prezident böyük tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edir. Biz cənab prezidentlə fəxr edirik. Nikol Paşinyanın bəyanatları isə 2-3 min oxucusu olan divar qəzetlərində yayımlandı".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi