Modern.az

Deputat icra başçılarını hədələdi

Deputat icra başçılarını hədələdi

7 Mart 2012, 16:09


Qubada icra başçısının istefası ilə nəticələnən hadisələr barədə Modern.az-a danışan millət vəkili Fəzail Ağamalı yaşananların ciddi narahatlıq doğurduğunu vurğulayıb.

Deputat deyib ki, əlbəttə Konstitusiya və qanunlara görə onun Prezidentə hansısa formada məsləhət və tövsiyə verməsi yersiz olardı:
“Ancaq hesab edirəm ki, ölkənin digər rayonlarının icra başçıları Qubada baş verənlərdən nəticə çıxararaq, ciddi ölçü götürməli, vətəndaşların ərizə və şikayətlərinə vaxtinada və yerində cavab verməlidirlər. Mən artıq Qubada proseslərin tam nəzarət altında olduğu qənaətindəyəm.

Ancaq baş verənlər icra başçıları üçün bir dərs oldu”.

Millət vəkli “Əgər icra başçıları sizin dediyiniz kimi baş verənlərdən dərs görütməsələr,onları hansı aqibət gözləyir” sualına “onların aqibəti Rauf Həbibovdan pis olacaq” deyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var