Modern.az

Qafqaz Tarixi Mərkəzinin Türkiyə üzrə təmsilçiliyinin fəaliyyəti genişlənir

Qafqaz Tarixi Mərkəzinin Türkiyə üzrə təmsilçiliyinin fəaliyyəti genişlənir

10 May 2024, 22:22

Qafqaz Tarixi Mərkəzinin Türkiyə üzrə təmsilçiliyinin fəaliyyəti genişlənir.

 

Modern.az xəbər verir ki, bu barədə Qafqaz Tarixi Mərkəzinin Türkiyədəki Təmsilçiliyinin rəhbəri, Qarabağ Müharibəsi və SQ veteranı, ehtiyatda olan polkovnik Akif Qasımov məlumat verib.

 

Azərbaycan QHT-nin xarici ölkələrdə diaspor fəaliyyətləri dövlətimizin prioritet məsələlərdən biridir. Qafqaz Tarixi Mərkəzi direktoru tarixçi Rizvan Hüseynovun rəhbərliyi altında bir sıra ölkələrdə bu istiqamətdəki fəaliyyətləri təqdirəlayiqdir. 

 

Belə ki, Akif Qasımov xaricdə diaspora fəaliyyətlərini uğurlu şəkildə həyata keçirməklə ölkəmizi Türkiyədə yüksək səviyyədə təmsil edir.

 

“Qafqaz Tarixi Mərkəzinin Türkiyə Təmsilçiliyi olaraq həm fərdi şəkildə və həm də müxtəlif yerli QHT və platformalarda iştirak edərək Azərbaycan həqiqətlərinin çatdırılması üçün elmi konfranslar təşkil edirik, müxtəlif tədbirlərdə iştirak edirik və eyni zamanda Türkiyə televiziya kanalları vasitəsilə Azərbaycan həqiqətlərini Türkiyə ictimaiyyətinə çatdırırıq. 

 

Qafqaz Tarixi MərkəzininTürkiyə Təmsilçiliyinin uğurlarından biri də Türk Dənizçilik və Global Stratejilər Mərkəzi (Türk DEGS) ilə əməkdaşlıq etməsidir. Türk DEGS Mərkəzinin rəhbəri Müstafi Tümamiral Doç. Dr. Cihat YAYCI paşamız Türkiyədə və xaricdə tanınan bir şəxsiyyətdir. Onun yazıları və sosial media şəbəkələri yerli və xarici ictimaiyyətin çox ciddi şəkildə diqqət mərkəzindədir. Və belə bir mərkəzlə əməkdaşlıq etməmiz isə Azərbaycanın strateji maraqlarına xidmət edəcəkdir. Biz eyni zamanda Türkiyədə fəaliyyət göstərən Azərbaycan Dərnəkləri Federasiyası və digər QHT quruluşları ilə də əməkdaşlıq edirik. Və sonda, bütün bu fəaliyyətlərin əsas məqsədi ölkə başçısının ölkəmizdə apardığı islahatlara dəstək nümayiş etdirməkdir”, - Akif Qasımov Türkiyədəki fəaliyyətləri haqqında deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ