Modern.az

Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anıldı

Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anıldı

5 Dekabr 2019, 21:15

Bu gün Azərbaycan İstiqlal Muzeyində qüdrətli Azərbaycan şairi və dramaturqu, taleyinə ağrılı-acılı, məşəqqətli bir ömür yazılmış Hüseyn Cavidin xatirə günü münasibəti ilə tədbir keçirilib.

Modern.az  xəbər verir ki, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, daha çox dramaturq kimi tanınan, “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “İblis”, “Azər”, “Nil yavrusu”, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam” kimi ölməz əsərlərin müəllifi Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məlumat verib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin xeyir-duasından, dəyərli göstərişlərindən sonra Hüseyn Cavidin cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı Sibirə səfər etmiş nümayəndə heyətinin rəhbəri, Naxçıvan Vilayət Partiya Komitəsinin katibi vəzifəsində çalışmış Həmid Cəfərovun çıxışı, onun Hüseyn Cavidin Sibir həyatı ilə bağlı nümayiş etdirdiyi sənədlər maraqla qarşılanıb. Həmid Cəfərov çıxışında amansız repressiya qurbanı olan Cavidlər ailəsinin haqqının özünə qaytarılmasında böyük əməyi və səyi olan ulu öndər Heydər Əliyevin qayğısından, böyük sənətkarımızın xatirəsinə diqqət və ehtiramından, Prezident İlham Əliyevin Cavid irsinin təbliğ olunmasında xidmətlərindən ətraflı bəhs edib, tədbir iştirakçılarının suallarına tarixi faktlara, rəsmi sənədlərə istinad edərək ətraflı cavab verib.

Hüseyn Cavidin xatirə cünü münasibəti ilə keçirilən tədbirdə digər çıxış edənlər də böyük ədibin təkcə yaşadığı dövrün deyil, sonraki dövrlərin də böyük filosof-şairi olduğunu vurğulayıblar.

H. Xudiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü