Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycanda sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qismi yumşaldılıb.
Modern.az-ın məlumatına görə, idman tədbirləri ilə bağlı məhdudiyyət isə qüvvədə saxlanılıb.
Operativ Qərargah açıqlayıb ki, idman tədbirləri ilə yanaşı, idman zallarının fəaliyyətinin və idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması qərarı karantin müddətinin sonuna – mayın 31-dək dəyişdirilməsin.