Milli Məclisin deputatı, parlamentin Hesablayıcı komissiyasının, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov I Fəxri xiyabanda dəfn edilib.
Modern.az xəbər verir dəfn mərasimində Milli Məclisin deputatları, mərhumun oğlu - Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və digər ailə üzvləri iştirak ediblər.
***
Milli Məclisin deputatı, parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub.
Modern.az-a Milli Məclisdən verilən məlumata görə, ötən gecə vəfat edən mərhum deputat I Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, 82 yaşında dünyasını dəyişən deputat Fəttah Heydərov Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır. O, 116 saylı Qəbələ seçki dairəsinin deputatı idi.