Modern.az

“Ayaks”dan darmadağın - 13:0

“Ayaks”dan darmadağın - 13:0

Aktual

24 Oktyabr 2020, 21:10

“Ayaks” Niderland çempionatının VI turunda “Venlo” üzərində tarixi qələbə qazanıb.


 
Modern.az xəbər verir ki, səfərdə darmadağına sevinən Amsterdam klubu rəqib qapısından 13 cavabsız qol keçirib.


 
Bu, “Ayaks”ın tarixində Erediviziyada əldə olunan ən böyükhesablı qələbədir. 13:0 hesablı qələbəyədək paytaxt futbolçuları belə fərqə nail olmamışdı.
 
Bunadək rekord 1971/72 mövsümündə qeydə alınmayıb. Həmin vaxt “Ayaks” “Vitess”i 12:1 hesabı ilə məğlub edib.
 
Erik Ten Haqın komandasında Lassina Traore 5, Klas Yan Huntelar və Yurgen Enkeljamp hərəyə 2 qol vurub. Duşan Tadiç, Deyli Blind, Entoni və Lisandro Martines hərəyə 1 dəfə fərqlənib. Meydan sahibləri Kristian Kumun 50-ci dəqiqədə aldığı qırmızı vərəqədən sonra azlıqda oynayıb (apasport.az).
 

Qeyd edək ki, 15 xala malik “Ayaks” çempionatın lideridir.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?