Modern.az

Taekvondoçularımız Prezident Kubokunda 12 medal qazandılar

Taekvondoçularımız Prezident Kubokunda 12 medal qazandılar

Aktual

29 Aprel 2024, 10:31

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə Prezident Kubokuna yekun vurulub.

 

Modern.az xəbər verir ki, yarışın son günündə gənclərdən ibarət Azərbaycan millisi 5 medal qazanıb.

 

Komandanın heyətində Gülü Zamanlı (42 kiloqram) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Yalnız finalda məğlub olan Məhəmməd Həsənli (48 kiloqram) gümüş medala yiyələnib. Seyidxanım Məmmədova (49 kiloqram), Mehdi Budaqlı (45 kiloqram) və Ziya Həsənli (55 kiloqram) üçüncü yeri tutublar.

 

Bununla da Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla bitiriblər. Daha öncə kiçikyaşlı idmançıların yarışında 1 gümüş mükafat əldə edən komanda yeniyetmələrin mübarizəsində isə 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək