Həsən bəy Zərdabi küçəsində metronun “20 Yanvar” stansiyası yaxınlığında yanğın baş verib. Bu səbəbdən hadisə yerinə yanğınsöndürən avtomobilləri cəlb olunub.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, hazırda hadisə baş verən ərazidə-H.Zərdabi küçəsində hər iki istiqamətdə sıxlıq müşahidə olunur.
Rəsmi məlumata görə, sıxlıq səbəbindən bu istiqamətdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında da gecikmələr yaranıb.