Modern.az

DİN “Yüksək-İnşaat” şirkətini CƏRİMƏLƏDİ

DİN “Yüksək-İnşaat” şirkətini CƏRİMƏLƏDİ

24 Aprel 2021, 12:14

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçirilir.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, aprelin 23-də Səbail rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Badamdar qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

 

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə “Yüksək-İnşaat” tikinti şirkəti barəsində 8.000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub. 

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi