Modern.az

Tələbələr bu yataqxanada günü 1 manata qalır

Tələbələr bu yataqxanada günü 1 manata qalır

Aktual

13 Yanvar 2022, 16:01

Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində jurnalistlər üçün məlumatlandırma sessiyası keçirilib.

 

Modern.az xəbər verir ki, universitetin rektoru İbrahim Cəfərov 2009-cu ildən bu ali məktəbin aqrar universitet statusunda fəaliyyət göstərdiyini bildirib.

 

Onun sözlərinə görə, hər il universitetə 1300 nəfər qəbul olunur:

 

“İxtasasların təxminən 80 faizi dövlət sifarişlidir. Hazırda universitetdə 32 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Həmçinin, universitetdə 350 nəfərdən artıq əcnəbi tələbə təhsil alır. Bu tələbələr 12 dövləti təmsil edirlər. Bunlar Türkiyə, İraq, Qazaxıstan, Afrika ölkələri, Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələrdir”.

 

İbrahim Cəfərov qeyd edib ki, son illərdə 150 nəfər müəllim işə qəbul olunub:

 

“Əvvəllər bu ali məktəbə maraq az idi. Lakin ölkədə aqrar sahə prioritet hesab olunandan, böyük fermer təsərrüfatları yaranandan sonra ADAU-ya maraq böyükdür. Son 5 ildə cənab prezident 3 dəfə Aqrar Universitetdə olub. Bizim tədris korpusumuz nəinki MDB məkanında, Şərqi Avropada ən böyük tələbə korpuslarından biridir”.

 

Rektor tələbələrin universitetin tələbə yataqxanasında günü 1 manata qaldıqlarını vurğulayıb:

 

“Beləliklə, onların il ərzində qalma xərci 350 manatdır. Bu gün bizim 9 tədris korpusumuz var. Onlardan bir neçəsi universitetin kampusundan kənarda yerləşir. Bu gün Aqrar Universitetdə 4 tələbəyə bir kompüter düşür. Bir neçə il əvvəl Təhsil Nazirliyi tərəfindən açıqlanan statistikaya görə 28 tələbəyə bir kompüter düşürdü. Hazırda universitetdə 100-dən artıq ağıllı lövhə var.

 

Bu gün bizim 5 istixanamız, balıqçılıq təsərüfatımız, digər müəssisələrimiz var. Yığılan məhsul tələbələrin qidalanmasına sərf olunur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı