Modern.az

Qarabağa avtobus biletlərinin alınma QAYDASI

Qarabağa avtobus biletlərinin alınma QAYDASI

18 Yanvar 2022, 11:33

İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olar.

 

Modern.az xəbər verir ki, bu sözləri İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib. 

 

Onun sözlərinə görə, vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcəklər.

 

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.

F.Cəfərov vurğulayıb ki, Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələri, müharibə iştirakçıları üçün biletlər pulsuz olacaq.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞAD XƏBƏR: ABŞ-da təhsil fürsəti