Modern.az

Azad olunmuş ərazilərin internet təchizatı qurulacaq - RƏSMİ

Azad olunmuş ərazilərin internet təchizatı qurulacaq - RƏSMİ

Aktual

20 Yanvar 2022, 12:38

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin internet təchizatı üçün konkret fəaliyyət planı hazırlanıb".


Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.


Onun sözlərinə görə, həmin fəaliyyət planı çərçivəsində bu ildən başlayaraq müəyyən uzlaşmalara baxılacaq:


"Bərpa planına uyğun olaraq, rabitə infrastrukturu da bərpa olunacaq. "Ağıllı şəhər" layihələrinin öz tələbləri var. Bu, yalnız internetin sürətindən asılı deyil. Fəaliyyət planı konsept şəkildə həyata keçiriləcək". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var