Modern.az

Gürcüstanın yeni COVID statistikası

Gürcüstanın yeni COVID statistikası

Aktual

24 Yanvar 2022, 10:54

Gürcüstanda son sutkada daha 7947 nəfər koronavirusa yoluxub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, virusa yoluxanlardan daha 31 nəfər dünyasını dəyişib.

 

Bununla da, Gürcüstanda indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 059 392-yə, ölənlərin sayı isə 14 732-yə yüksəlib.

 

Müalicə olunaraq sağalanların sayı 5 550 nəfər artaraq 967 585 -ə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı