Modern.az

İçərişəhərdə yanğın təhlükəsi - FOTOLAR

İçərişəhərdə yanğın təhlükəsi - FOTOLAR

Aktual

24 Yanvar 2022, 14:37

Bu gün günorta saatlarında Bakının Səbail rayonunda yanğın olub. Hadisə İçərişəhər ərazisində qeydə alınıb.

 

Modern.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, İçərişəhər metrosu yaxınlığında baş verən yanğına elektrik sayğacında qısa qapanma səbəb olub. 

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın kiçik ərazini əhatə edib. FHN əməkdaşları təhlükənin böyüməsinin qarşısını alıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı