Modern.az

"Omicron"nun əlamətləri 5 günə üzə çıxır 

Aktual

26 Yanvar 2022, 15:15

Hazırda koronavirusun “Omicron” ştamı dünyada geniş yayılıb”.

 

Modern.az xəbər verir ki, bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

 

Onun sözlərinə görə, bu proses Azərbaycanda da baş verməkdədir:

 

“Ştamın inkubasion dövrü daha qısadır, 1-3, bəzən 5 günə qədər davam edir. Bu, o deməkdir ki, yoluxan insanların klinik əlamətləri bu günlər ərzində meydana çıxır. Digər tərəfdən, bu infeksiyaya yoluxanların əksəriyyəti peyvənd alıb. Onlar xəstəliyi yüngül keçirirlər və xəstəliyin müddəti 1 həftəni aşmır. Buna görə testi pozitiv çıxanların iki həftə evdə saxlanması məqbul deyil”.

 

T.Eyvazov bildirib ki, bu müddətin bir həftə olması yetərlidir:

“Bu müddətdə onlarla təmasda olanlarda virus aşkarlanmırsa, demək ki, ətraf üçün təhlükəli deyil”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var