Modern.az

"Buster" doza ağırlaşmadan QORUYUR

Aktual

27 Yanvar 2022, 15:16

"“Buster” doza həm də qüvvələndirici doza deməkdir. Bu doza təkcə koronavirus infeksiyasında istifadə olunan peyvəndlənmə üsulu deyil. Eyni zamanda, digər xəstəliklərə qarşı peyvəndlənmə zamanı da  istifadə olunur”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında həkim-infeksionist Səxavət Xəlilli bildirib.

 

İnfeksionistin sözlərinə görə, qüvvətləndirici dozanın daha öncədən peyvənd olunmuş orqanizmdə həmin infeksiyaya qarşı qoruyucu antiller formalaşdırır:

 

“Zaman keçdikcə antitellərin həm miqdarında, həm də qoruyuculuq qabiliyyətində azalma müşahidə olunur. Fərqli infeksiyalarda bu müddət müxtəlifdir. Koronavirus infeksiyasında da aparılmış elmi araşdırmalar onu göstərir ki, peyvəndlənmədən 3-5 ay sonra antitelin miqdarında azalma olur. Ona görə də belə bir nəticəyə gəlinib ki, iki doza peyvənd olunmuş şəxslərdə ikinci dozanın üzərindən 5 aydan çox zaman keçibsə, “Buster” dozanın olunması məsləhətdir. Burada məqsəd ondan ibarətdir ki, “Buster” doza ilə əldə olunmuş antitellərin miqdarı, qoruyuculuq qabiliyyəti daha effektiv olur. Bununla da orqanizim infeksiyaya qarşı mübarizə qabiliyyətini artırmış olur”.

 

Həkim qeyd edib ki, peyvənd yoluxmadan qorumaqdan çox, xəstəliyi ağır keçirməkdən, reanimasiyadan, ölüm təhlükəsindən qoruyur:

 

““Omicron” ştamı ilə bağlı yoluxma halında artım müşahidə olunur. Hazırda həmin artıma münasib ağırlaşan xəstələrin sayı o qədər də çox deyil. Bütün bunlar əvvəlki aylarda olunan peyvəndlərlə bağlıdır”.                                                                                

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var