Modern.az

118 uşaq səyyar sosial reabilitasiyaya cəlb olunub

118 uşaq səyyar sosial reabilitasiyaya cəlb olunub

Aktual

1 Fevral 2022, 11:22

"Hazırda məişət zorakılığından zərər çəkən şəxslərin sosial reabilitasiya şöbəsində 41 nəfərə sosial xidmət göstərilir".

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, bu günə qədər şöbəyə kişilər müraciət etməyib.

 

V.Behbudov brifinqdə qeyd edib ki, Bakı şəhəri üzrə ümumilikdə 158 nəfər sağlamlıq imkanları məhdud 0-6 yaş arası uşaqla ilkin qiymətləndirmə aparılıb:  "Onlardan 118 nəfər uşaq səyyar sosial reabilitasiyaya cəlb olunub".

 

Onun sözlərinə görə, sosial reabilitasiyaya cəlb olunan uşaqlardan 108 nəfərlə pedaqoji, 97 nəfərlə loqopedik, 64 uşaq və ailəsi ilə psixoloji iş aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var