Modern.az

“Tender sistemində çox ciddi problemlər var” -  Vahid Əhmədov

“Tender sistemində çox ciddi problemlər var” -  Vahid Əhmədov

Aktual

1 Fevral 2022, 14:10

Ölkədə tenderlərin qiymətləndirilməsi, qaliblərin elan edilməsi məsələsi ilə bağlı narazılıqlar hər zaman müzakirə mövzusu olub. Hətta elə şirkətlər qalib elan edilir ki, onların həmin sahədə təcrübəsi çox aşağıdır. Bazar qiymətindən də aşağı qiymət təklif edənlərin qalib elan olunması gələcəkdə ya göstərilən işin tam keyfiyyətsiz görüləcəyindən xəbər verir, ya da tender elan edən qurumlarla sövdələşmələrdə şübhələr yaradır.

 

Əksər qurumlar tenderdə iştirak edən şirkətlərə cavab verirlər ki, bu məsələdə Satınalmalar üzrə Dövlət Agentliyi təqsirkardır. Bəs, gerçəklik nədir?

 

Bu barədə Modern.az-a açıqlama verən Milli Məclisin sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, hazırda bu məsələ gündəmdədir.

 

Onun sözlərinə görə, bununla bağlı hökumət orqanları ilə müəyyən söhbətləri olub:

 

“Bunlar hamısı “Satınalınmalar haqqında” Qanunla tənzimlənir. "Satınalınmalar haqqında" Qanunda da müəyyən boşluqlar var. Məndə olan məlumata görə, hazırda İqtisadiyyat naziri Mikayıl Cabbarovun göstərişinə uyğun olaraq satınalmalarla bağlı yeni qanun layihəsi hazırlanır. Bu qanun layihəsi qəbul ediləndə yəqin ki, müzakirələr olacaq. Elə qanun qəbul ediləcək ki, orada tenderlə bağlı ciddi problemlər olmasın”.

 

Deputat, həmçinin bildirib ki, bu gün Azərbaycanda tender sistemində çox ciddi problemlər var:

 

“Hətta ildə bir dəfə Hesabatlar Palatasının yoxlamaları ilə əlaqədar hesabat verilir və satınalmalar, orada olan mənfi hallar deyərdim ki, birinci yerdədir. Ona görə fikrimcə, bu çox ciddi məsələdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var