Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sank-Peterburqda qadağan edilmiş islam ektremist təşkilatının 10 fəal nümayəndəsini həbs ediblər. Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, tutulanlardan 5-i Rusiya, 4-ü Azərbaycan, 1-i isə Tacikistan vətəndaşıdır.
Onların hamısı 2008-ci ildən Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarı ilə ektremist təşkilat adlanan və ölkədə qadağan edilən “Nurçular” təşkilatının üzvlərdir.