Modern.az

Bakıxanov və Qaraçuxurda su fasilələrlə veriləcək

Bakıxanov və Qaraçuxurda su fasilələrlə veriləcək

9 Aprel 2013, 11:14

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən "+ 126 Qaraçuxur" su anbarında 800 mm diametrli siyirtmə dəyişdirilir.  

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Modern.az- a verilən məlumata görə, bununla əlaqədar  09 aprel 2013-cü il tarixində Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov və Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin bəzi yerlərinə içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov