Modern.az

Kosova ilə Serbiya tarixi anlaşmaya imza atdı

Kosova ilə Serbiya tarixi anlaşmaya imza atdı

20 Aprel 2013, 16:45

Kosova ilə Serbiya tarixi anlaşmaya imza atıblar. Modern.az İranın Fars xəbər agentliyinə istinadən xəbər verir ki, Serbiya ilə Kosova münasibətləri və əlaqələri normallaşdırmaq üçün razılığa gəliblər. Bu müqavilənin Serbiya üçün çox əhəmiyyətli olduğu təxmin edilir. Belə ki, rəsmi Belqradın bununla Avropa Birliyinə üzvlük istiqamətində əsaslı dönüş yaratdığı qeyd olunur.

Xatırladaq ki, Kosova 2008-ci ildə Serbiyadan ayrılaraq öz müstəqilliyini elan edib. O vaxtdan etibarən bir neçə ölkə Kosovanın müstəqilliyini tanıyıb. Serbiya isə buna cəhd eləmir. Qeyd edək ki, Avropa Birliyi Serbiya qarşısında bir müddət öncə şərt irəli sürmüşdü. Bildirək ki, Kosovanın şimalı Serbiyanın nəzarəti və idarəsi altındadır. Avropa Birliyi Serbiyanı bundan imtina etməklə adıçəkilən beynəlxalq təşkilata üzvlük məsələsinə baxacağı  vədini vermişdi.

Aqşin KƏRİMOV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü