Modern.az

Yaddaşı və zehni gücləndirən 4 QİDA

Yaddaşı və zehni gücləndirən 4 QİDA

Aktual

28 Mart 2023, 17:26

Sağlam qalmaq, yeni hüceyrələr yaratmaq və stresslə mübarizə aparmaq üçün beynin müəyyən maddələrə ehtiyacı var. Əgər beyin sağlam deyilsə, bu zaman bütün orqanların funksiyaları pozula bilər. Buna görə də mütəxəssislər gündəlik qida rasionuna mərkəzi sinir sisteminə faydalı olan qidalar daxil edilməsini tövsiyə edirlər.

 

Modern.az xəbər verir ki, "The Health" nəşri idrak bacarıqlarını, yaddaşı və zehni fəaliyyəti gücləndirən bitkilərin siyahısını təqdim edib.

 

Nəşrin məlumatına görə, qoz yemək beynin yaxşı işləməsinə müsbət təsir göstərir, daha yaxşı düşünməyə kömək edir. Qozun tərkibində beyin fəaliyyətini stimullaşdıran E vitamini, mis və manqan var.

 

Mütəxəssislərin beyin üçün tövsiyə etdiyi növbəti bitki soyadır. Məlumdur ki, polifenol çatışmazlığı yaddaşın pozulmasına səbəb ola bilər. Soya məhsullarında müəyyən polifenolik birləşmələr mövcuddur. Bu kimyəvi maddələr beyin hüceyrələrini zədələnmədən qoruyur.

 

Balqabaq tumu beyin üçün son dərəcə faydalıdır. Onun tərkibində çoxlu sink var, bu maddə yaddaşı gücləndirir və düşünmə qabiliyyətinə müsbət təsir göstərir.

 

Giləmeyvələr də beyinin güclənməsi üçün faydalı hesab edilir. Bu bitkilərin sayəsində beyin hüceyrələri məhv olmaqdan qorunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov